Tramp sabiq heroin narkomanı və peyvənd əleyhdarını səhiyyə naziri vəzifəsinə təyin edib C…
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
"Robert Kennedi Amerikanın yenidən böyük və sağlam olmasına nail olacaq..." ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ölkənin səhiyyə naziri vəzifəsinə Robert Kennedini təyin etməsi Vaşinqtonun bürokratik elitası üçün şokedici və fitnəkar hadisə olub.
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib.
Jurnalistlərin fikrincə, Trampın seçimi bir çox sadə amerikalıların həyatını təhlükə altına qoyur.
Məsələ burasındadır ki, sabiq prezidentliyə namizəd Kennedi peyvəndlənmənin və müxtəlif konspiroloji nəzəriyyələrin, o cümlədən koronavirus pandemiyasının aşkenazi yəhudilərin və çinlilərin xilas edilməsi üçün düşünülmüş təxribat olduğu barədə nəzəriyyəyə dəstək verməsi ilə tanınır.
Kennedinin sağlamlıqla bağlı baxışları qəbul edilmiş ümumi elmi konsensusdan çox kənara çıxır, həmçinin keçmişdə antisemitizm ritorikası ilə bağlı olub.
Bu barədə "Yəhudi Teleqraf Agentliyi qeyd edib. O cümlədən o, "xolokost" sözündən peyvəndlənmə siyasətinini göstərmək üçün istifadə edib.
"Associated Press" agentliyi xatırladıb ki, Kennedi pandemiyadan xeyli öncə dünyada peyvəndlərə etimadsızlığı yayan ən təsirli şəxslərdən olub.
Tam oxu
Xəbəri oxu