Tramp sabiq MKİ direktorunu İran üzrə xüsusi elçi təyin etmək istəyir “Reuters”

12.12.2024

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Milli Kəşfiyyat İdarəsinin keçmiş direktoru Riçard Qrenelin ABŞ-ın İran üzrə xüsusi elçisi təyin edilməsi planlaşdırılır.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Qrenel əvvəllər ABŞ-ın Almaniyadakı səfiri vəzifəsində də çalışıb və Serbiya və Kosovo ilə sülh danışıqları üzrə prezidentin xüsusi nümayəndəsi olub.

“O, şübhəsiz ki, bu vəzifəyə iddialıdır”, – mənbə deyib.

Başqa bir mənbə bildirib ki, Qrenel İran məsələsi ilə bağlı region və ondan kənar ölkələrlə danışıqlar aparacaq, həmçinin mümkün danışıqlara dair Tehranın mövqeyini aydınlaşdıracaq.

Nə Trampın, nə də Qrenelin komandası “Reuters”in mümkün təyinatla bağlı suallarına cavab verib.

Azpost.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью