Tramp saçının rəngini dəyişdi: Əsmər oldu

06.09.2026

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın saçlarının rənginin qəfil dəyişməsi diqqət çəkib.

BAKU.WS xəbər verir ki, Tramp sentyabrın 4-də Nyu-Cersidə Morristaun hava limanında görüntülənib. Onun illərdir sarı rəngdə olan saçlarının bu dəfə daha tünd, qəhvəyi tona yaxın olduğu görünüb.

Yeni görünüş sosial şəbəkələrdə geniş müzakirə olunub. Bəzi istifadəçilər Trampın saçlarını fərqli məşhurlara bənzədib, digərləri isə onun parikdən istifadə etdiyi barədə iddiaları yenidən gündəmə gətirib.

Saç rənginin niyə dəyişdiyi isə hələlik məlum deyil. Bunun boya, saç məhsulları, işıqlandırma və ya başqa səbəbdən baş verdiyi barədə Tramp tərəfindən rəsmi açıqlama verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью