Tramp: “Sadəcə əyləncə üçün...”

15.03.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ İranın Xarq adasına "sadəcə əyləncə üçün" daha çox zərbə endirə bilər.

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp NBC News-a verdiyi müsahibədə bildirib.

Trampın sözlərinə görə, ABŞ-nin adaya endirdiyi zərbələr onun böyük bir hissəsini "tamamilə məhv edib".
Lakin o, adanın enerji infrastrukturuna toxunmadığını deyib:

"Çünki bərpası illər çəkə bilər”.

Daha əvvəl, 14 mart gecəsi ABŞ Prezidenti Donald Tramp ABŞ Mərkəzi Komandanlığının Yaxın Şərq tarixinin ən güclü bombardman reydlərindən birini həyata keçirdiyini və "İran imperiyasının incisi" olan Xarq adasındakı bütün hərbi hədəfləri tamamilə məhv etdiyini bildirib.
İran mediası daha sonra bombardmanı təsdiqləyib.

Press TV-nin məlumatına görə, ABŞ-nin hava hücumları nəticəsində 15-dən çox partlayış və qatı tüstü olub.

“Fars” öz növbəsində bildirin ki, adadakı ABŞ hədəfləri arasında hərbi obyekt, dəniz bazası və vertolyot idarəetmə qülləsi var.

İran mediası daha sonra adadakı vəziyyətin nəzarət altında olduğunu bildirib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью