Tramp şam yeməyində Zukerberqlə görüşdü

28.11.2024

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və "Meta" korporasiyasının təsisçisi Mark Zukerberq Florida ştatında Trampın Mar-a-Laqodakı iqamətgahında görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb. 

Agentliyin mənbəsi nəyin müzakirə olunduğunu açıqlamayıb. 

Eyni zamanda Trampın müşaviri Stiven Miller Fox News-a bildirib ki, Zukerberq “Donald Trampın rəhbərlik etdiyi islahat hərəkatı ilə” Amerikada və dünyada baş verən dəyişikliklərin tərəfdarı və iştirakçısı olmaq arzusunu açıq şəkildə ifadə edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью