Tramp şatdaunun qarşısını almaq üçün razılaşmaya yaxın olduqlarını açıqlayıb

29.01.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vaşinqton, 29 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp bu həftə hökumətin bağlanmasının (şatdaun) qarşısını almaq üçün Demokratlar Partiyası ilə danışıqlar apardığını bildirib.

AZƏRTAC xəbər verir ki, kabinetin iclasında dövlət başçısı razılaşmaya yaxın olduqlarını deyib.

“Ümid edirəm ki, bağlanma olmayacaq. Hazırda bunun üzərində işləyirik. Düşünürəm ki, razılaşmaya yaxınlaşırıq. Demokratlar da inanmıram ki, bunu görmək istəyirlər. Ona görə də bağlanmamaq üçün ikitərəfli şəkildə işləyəcəyik. Bağlanmaq istəmirik”, - deyə Tramp qeyd edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью