Tramp: Sazişin bağlanması “kifayət qədər yüksək ehtimal”dır

16.08.2025

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibə verib.

Gununsesi.info xəbər verir ki, KİV-in sualarını cavablandıran Ağ Ev rəhbəri bir sıra məqamlara toxunub.

O bildirib ki, Ukraynada nizamlanmaya dair sazişin bağlanması “kifayət qədər yüksək ehtimal”dır.

Bununla belə, D.Tramp Pusiya Prezidenti ilə görüşdən sonra razılıq və fikir ayrılıqlarının nə olduğunu söyləməkdən imtina edib.

O qeyd edib ki, Rusiyanın böyük nüvə potensialı var və bunu nəzərə almaq lazımdır.

D.Tramp vurğulayıb ki, Ukrayna münaqişəsinin nizamlanmasında Avropa ölkələri də “bir az” iştirak etməlidir.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью