Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp ölkə vətəndaşlarını 3 noyabr seçkilərindən bir gün əvvəl aralıq Konqres seçkilərində seçki məntəqələrinə gedərək fəal şəkildə səs verməyə çağırıb.
Xəbəri “Anadolu” verib.
ABŞ lideri çıxışında əsasən administrasiyasının daxili və xarici siyasətdəki nailiyyətlərindən danışıb: “İnanıram ki, bunlar həyatımızda görəcəyimiz ən vacib aralıq seçkilərdir”.
Tramp Demokrat Partiyasının “Amerika tarixinin ən radikal və təhlükəli namizədlər siyahısını” irəli sürdüyünü iddia edib və seçiciləri bunun əvəzinə Respublikaçılar Partiyasına səs verməyə çağırıb.
ABŞ prezidenti Miçiqandan olan Demokrat namizəd Əbdül əl-Sayedi nümunə göstərərək onu “cihadçı” adlandırıb və Senatın üzvü olmamalı olduğunu söyləyib.
P.ƏMİRCANOV
XQ