Tramp seçildikdən sonra ilk görüşəcəyi prezident…

08.11.2024

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Argentina Prezidenti Xavyer Miley gələn həftə ABŞ-da keçirilən prezident seçkilərinin qalibi Donald Trampla görüşməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Röyters” agentliyi Argentina hökumətindəki mənbəsinə istinadən məlumat yayıb.

Görüş Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında baş tutacaq.

Həmçinin qeyd edilir ki, Miley “Tesla” şirkətinin direktoru və X sosial şəbəkəsinin sahibi İlon Maskla da görüşmək niyyətindədir.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью