Tramp seçildikdən sonra ilk görüşəcəyi prezident…

09.11.2024

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Argentina Prezidenti Xavyer Miley gələn həftə ABŞ-da keçirilən prezident seçkilərinin qalibi Donald Trampla görüşməyi planlaşdırır.

Tribunainfo.az bildirir ki, bu barədə “Röyters” agentliyi Argentina hökumətindəki mənbəsinə istinadən məlumat yayıb.

Görüş Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında baş tutacaq.

Həmçinin qeyd edilir ki, Miley “Tesla” şirkətinin direktoru və X sosial şəbəkəsinin sahibi İlon Maskla da görüşmək niyyətindədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью