Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Trampın məğlubiyyəti böyük bir fiasko oldu, hətta gözləniləndən də böyük fiasko. Nümayəndələr Palatasında uduzacağı təxmin edilirdi, ancaq Konqresdə və Senatda respublikaçıların bu qədər zəifləməsi və məğlubiyyətə uğraması, yəqin ki, sürpriz oldu".
Bu fikirləri ABŞ-də keçirilən aralıq seçkilərdə Prezident Donald Trampın təmsil olunduğu Respublikaçılar Partiyasının məğlubiyyəti haqqında Redaktor.az-a danışan politoloq Rizvan Hüseynov bildirdi.
Onun sözlərinə görə, demokratların bu qədər güclənməsi də gözlənilməz nəticə idi:
"İndi Tramp seçim qarşısındadır. Ya İrana zərbələr endirməlidir, ya da siyasi məğlubiyyətini qəbul etməlidir. İrana qarşı hərbi əməliyyatlara başlanılması prezidentin xüsusi səlahiyyətlərinin genişləndirilməsi üçün əsas yarada bilər. Tramp bu vəziyyətdən istifadə edərək öz hakimiyyətini daha da gücləndirməyə çalışa bilər. Eyni zamanda, hərbi əməliyyatların davam etdiyi şəraitdə xüsusi prezident səlahiyyətlərinin qüvvəyə minməsindən yararlanaraq, demokratların respublikaçılara və Trampa qarşı qəbul etmək istədikləri qanunların qarşısını veto vasitəsilə ala bilər.
Digər variant isə Trampın siyasi arenada məğlub olduğunu qəbul etməsi və İrana zərbə endirməyin uzunmüddətli perspektivdə respublikaçıların hakimiyyətdə möhkəmlənməsinə heç bir real fayda verməyəcəyini anlamasıdır".
NURİYYƏ