Tramp seçki vaxtı verdiyi vədi HEÇƏ SAYDI: “Bunu dəstəkləyəcəyəm!”

29.12.2024

Icma.az, Sfera.az saytına istinadən bildirir.

 Donald Tramp H1-B vizaları ilə ABŞ-də əcnəbilərin işə qəbulunu dəstəkləyəcəyini açıqlayıb.

Sfera.az bildirir ki, bundan sonra mühacirlərə iş vizalarının verilməsi məsələsində Respublikaçılar partiyasında fikir ayrılığı yaranıb.

“Mənim mülkümdə çoxlu H-1B vizası var, buna inanıram, dəfələrlə sınamışam. Bu, əla proqramdır”, - Tramp deyib.

İlk prezidentlik dövründə xarici işçi vizalarını məhdudlaşdıran və proqramı tənqid edən Tramp son açıqlaması ilə Respublikaçılar partiyasını ikiyə bölən bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib.

O daha əvvəl ABŞ-də ali təhsil alan tələbələrə “Yaşıl Kart” vəd edib.

Xatırladaq ki, seçki çıxışlarında Donald Tramp tez-tez ABŞ-dəki qeyri-qanuni mühacirləri deportasiya edəcəyini, Amerika vətəndaşlarına daha çox iş yerləri təmin etmək üçün tarifləri artıracağını və immiqrasiyanı ciddi şəkildə məhdudlaşdıracağını bildirirdi.

Qeyd edək ki, “H-1B”, Amerika Birləşmiş Ştatlarında vətəndaş olmayan ixtisaslı xarici işçilərə adətən üç il müddətinə verilən iş vizası növüdür.

Türkan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью