Tramp: Seçkilərdən sonra hər şey bitəcək

13.09.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp İranla müharibənin noyabrda keçiriləcək ara seçkilərindən sonra başa çatacağını bildirib.

Turkustan.az xəbər verir ki, İrlandiyada jurnalistlərə açıqlama verən Tramp İran tərəfinin razılaşma əldə etmək üçün “çox istəkli olduğunu” və ABŞ-la “davamlı əlaqə saxladığını” iddia edib.

“Bu, ara seçkilərdən əvvəl bitə bilər, amma ara seçkilərdən sonra bitəcək”, – deyə Tramp bildirib.

ABŞ prezidenti həmçinin müharibə başa çatdıqdan sonra yanacaq qiymətlərinin sürətlə aşağı düşəcəyini qeyd edib. Bununla yanaşı, Tramp “yaxşı olmayan heç bir razılaşma” imzalamayacağını vurğulayıb.

Körfəz ölkələrinin sentyabrın 14-də İranla regional görüş keçirmək planına münasibəti soruşulan Tramp isə “Mənim vecimə deyil, bu, onların öz işidir” cavabını verib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью