Tramp seçkiqabağı turnesini başa vurub

02.11.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bazar günü ABŞ Prezidenti Donald Tramp Respublikaçıların qəfildən şiddətli rəqabətlə üzləşdiyi Ayova və Kanzas ştatlarında son mitinqlərini keçirərək, ara seçki kampaniyasını başa vurub. 

Məlumatı “Euronews” yayıb. 

Ayova ştatının Dubuk şəhərində Kapitoliyə nəzarəti müəyyən edəcək səsvermədən əvvəl çıxış edən Tramp uğura inamını ifadə edib və “Amerika Birinci” tərəfdarlarına səs verməyə çağırıb.

Daha sonra onun təyyarəsi Kanzas ştatında Hərbi Hava Qüvvələrinin bazasına eniş etdi. Ağ Ev populyar Demokratların namizədi, pastor Adam Hamiltonla çətin mübarizə aparan Respublikaçı senator Rocer Marşallın mövqeyini xilas etməyə çalışır. Hazırkı seçkilər Trampın ikinci müddəti ilə bağlı həlledici referendum kimi qəbul edilir: sorğular göstərir ki, onun reytinqləri yüksək yaşayış xərcləri və gərgin xarici siyasəti ilə bağlı ictimai narazılıq fonunda aşağı düşür.

Demokrat Partiyası Konqresin hətta bir palatasına belə nəzarəti bərpa edə bilsə, Tramp administrasiyasının qanunvericilik təşəbbüslərini bloklamaq, federal büdcəni nəzarətdə saxlamaq və Ağ Evlə bağlı araşdırmalara başlamaq imkanı qazanacaq.

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью