Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ prezidenti Donald Tramp Las-Veqasda çıxışı zamanı səhnənin kənarına doğru gedən uşağın yıxılmasının qarşısını alıb və bu zaman keçmiş prezident Co Bayden haqqında zarafat edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, Ağ Evin canlı yayımladığı tədbirdə Tramp daxili siyasətin ailələrə təsiri barədə danışmaq üçün gənc ailəni uşaqları ilə birlikdə səhnəyə dəvət edib.
Səhnəyə qalxan uşaqlardan biri kənara doğru hərəkət edərkən Tramp ona yaxınlaşaraq dayanmasına kömək edib. Daha sonra o, zarafatla "Onun Bayden kimi olub yıxılmasını istəmirəm" deyib.
Donald Tramp bundan əvvəl də sələfi Co Baydenin ictimai tədbirlər zamanı büdrəməsi və yıxılması hallarına dəfələrlə toxunub. O, həmin hadisələri Baydenin sağlamlıq vəziyyətinin pisləşməsinin və ölkəni idarə etmək qabiliyyətinin zəifləməsinin göstəricisi kimi qiymətləndirib.
Bizimyol.info