Tramp səmimiyyətsizliklə günahlandırıldı Məşhur müğənniyə görə

27.08.2026

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kantri musiqisinin dünyaca məşhur siması Dolli Partonun vəfatından sonra ABŞ Prezidenti Donald Trampın ölkədə bayraqların yarıya endirilməsi barədə verdiyi sərəncam ictimaiyyətdə ziddiyyətli qarşılanıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Tramp "Truth Social" hesabında sənətçini "əvəzolunmaz əfsanə" adlandıraraq onun xatirəsinə bir həftəlik matəm elan etdiyini bildirib.
Bu jest ilk anda təqdir olunsa da, sənətçinin pərəstişkarları Tramp administrasiyasının və Respublikaçıların Partonun təsis etdiyi xeyriyyəçilik layihələrinə qarşı addımlarını xatırladaraq bu başsağlığını səmimiyyətsizlikdə günahlandırıblar.
Müğənninin 1995-ci ildən bəri uşaqlara 330 milyondan çox pulsuz kitab paylayan "İmagination Library" savadlılıq proqramının büdcəsinin Respublikaçıların nəzarətindəki ştat idarələri tərəfindən kəsilməsi böyük narazılığa səbəb olub.
Həmçinin Partonun Uşaq Xəstəlikləri Tədqiqat Mərkəzinə bağışladığı ianələrə qarşılıq olaraq, Tramp administrasiyasının uşaq səhiyyəsinə ayrılan tibbi qrantları ixtisar etməsi tənqid atəşinə tutulub.
Qeyd edək ki, musiqi irsi ilə yanaşı böyük xeyriyyəçi kimi tanınan Dolli Partonun ailəsi və "The Dollywood Foundation" fondu sənətçinin arzularını yaşatmaq üçün ianələrin onun başlatdığı savadlılıq layihəsinə yönləndirilməsini xahiş edib.

Elmlə dini necə barışdırmaq olar? – Qaydalara meydan oxuyan dahi Azərbaycanlı jurnalistlər Səmərqənddə: “Əbədi şəhər”, Əmir Teymurun məqbərəsi, Registan meydanı... Cem Yılmazın yeni serialından ilk fotolar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью