Tramp: Senatın qətnaməsi Tehranla danışıqları çətinləşdirəcək

24.06.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Senatın İrana qarşı müharibə səlahiyyətlərini məhdudlaşdıran “mənasız” qətnaməsi onun Tehranla danışıqlarını çətinləşdirəcək.

Məlumatı RİA Novosti verib. 

ABŞ Senatı əvvəllər Trampın Konqresin təsdiqi olmadan başladığı İrana qarşı hərbi əməliyyatları dayandırmasını tələb edən qətnaməni təsdiqləyib. Ağ Ev qətnamənin qanun qüvvəsinə malik olmadığını və prezidentin imzasını tələb etmədiyini bildirib.

Tramp Truth Social-da yazıb: “Bu senatorlar sadəcə işimi çətinləşdirdilər”.

O, qanunvericilərin bu addımı atmaqla liderlərinin hərəkətlərinə qarşı narazılıqlarını göstərdiklərini və bununla da İran hakimiyyətinə kömək etdiklərini söyləyib.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью