Bizimyol saytına istinadən Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp cümə günü, sentyabrın 19-da Çin prezidenti Si Cinpinlə danışmağı planlaşdırdığını bildirib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Bizimyol.info xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial platformasında yazıb.
"ABŞ və Çin Xalq Respublikası arasında Avropada mühüm ticarət görüşü çox yaxşı keçdi! Tezliklə yekunlaşacaq. Ölkəmizdəki gənclərin həqiqətən xilas etmək istədikləri müəyyən bir şirkət haqqında da razılığa gəldik. Onlar çox xoşbəxt olacaqlar! Cümə günü Çin prezidenti Si Cinpinlə danışacağam. Münasibətlər çox güclü olaraq qalır", - deyə o qeyd edib.
Qadir, Bizimyol.info