Tramp Serbiyanı Kosovo ilə münaqişə hazırlamaqda ittiham edib

28.06.2025

Icma.az, Dogru.az saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp Serbiyanı Kosovo ilə münaqişə hazırlamaqda ittiham edib.

“Bilirsiniz, Serbiya müharibəyə başlamağa hazırlaşırdı… onlar deyirdilər ki, biz yenidən müharibəyə başlayacağıq. Mən deməyəcəyəm ki, bu, Kosovodur, amma bu, Kosovodur, onlar böyük müharibəyə başlamaq niyyətində idilər”, – RİA Novosti Trampın sözlərini sitat gətirir.

Amerika prezidentinin sözlərinə görə, Vaşinqton Serbiyanın ABŞ-la ticarət əlaqələrinə marağı sayəsində münaqişənin alovlanmasını dayandırıb.

Tramp daha əvvəl demişdi ki, o, Konqo və Ruanda arasında sülh sazişinin imzalanmasına kömək edib.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью