Tramp: Səudiyyə Ərəbistanı 2025 ci ilin sonunadək İbrahim sazişlərinin bir hissəsi ola bilər

23.10.2025

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Səudiyyə Ərəbistanı 2025-ci ilin sonunadək İbrahim sazişlərinin bir hissəsi ola bilər.

"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Time" jurnalına müsahibəsində deyib.

"Bəli, mən belə düşünürəm", - o, müvafiq suala belə cavab verib.

D.Trampın sözlərinə görə, Yaxın Şərqdə sülh hökm sürür: "Hesab edirəm ki, tezliklə yeni ölkələr İbrahim sazişlərinə qoşulmağa başlayacaqlar. Mən bunu həqiqətən bilirəm".

O əlavə edib ki, İsrail və Səudiyyə Ərəbistanı yaxın vaxtlarda münasibətlərin normallaşdırılması haqqında saziş bağlaya biləcək. "Düşünürəm ki, buna çox yaxınıq", - ABŞ Prezidenti vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью