Tramp Səudiyyə Ərəbistanı ilə nüvə proqramına dair sazişi təsdiqləyib

22.07.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Səudiyyə Ərəbistanının dinc nüvə proqramını dəstəkləməsinə dair sazişə rəsmi razılığını verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

30 illik müddət üçün nəzərdə tutulan yeni saziş onlarca milyard dolların ayrılmasını nəzərdə tutur. Nüvə infrastrukturunun inkişafında əsas rol ABŞ şirkətlərinə veriləcək. Sazişin müddəalarından biri tərəflər belə bir addımı məqsədəuyğun hesab edəcəkləri təqdirdə Səudiyyə Ərəbistanında uranın zənginləşdirilməsi obyektinin tikilməsidir.

Sazişin yaxın günlərdə baxılması üçün ABŞ Konqresinə təqdim olunacağı gözlənilir.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью