Tramp Səudiyyə Ərəbistanı səfərindən sonra Putinlə görüşə biləcəyinə eyham vurub

24.04.2025

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşmək ehtimalının az olduğunu bildirib, bununla belə, o, bu görüşün cari ilin mayında Yaxın Şərqə səfərindən sonra baş tuta biləcəyini etiraf edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə jurnalistlərlə görüşü zamanı danışıb.

Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib: “Mən (Putinlə - Qeyd) görüşəcəyəm”.

Mümkün bir görüşün Səudiyyə Ərəbistanında baş tutub-tutmayacağı ilə bağlı əlavə suala cavab olaraq, Tramp: “Bu mümkündür, amma çox güman ki, yox. Düşünürəm ki, tezliklə onlarla görüşəcəyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью