Tramp Seutadakı miqrant axınını “dəhşətli vəziyyət” adlandırıb

31.07.2026

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ prezidenti Donald Tramp İspaniyanın muxtar şəhəri Seutada yaşanan miqrant böhranını “dəhşətli vəziyyət” kimi qiymətləndirib.

Bizimyol.info xəbər verir ki, ABŞ prezidentinin fikirlərini “Fox News” jurnalı yayıb.

Tramp bildirib ki, bu görüntülər yadda saxlanmalıdır və gələcək illərdə yanlış siyasi qərarlar qəbul olunarsa, oxşar hadisələr digər ölkələrdə də baş verə bilər.

İspaniya mediasının məlumatına görə, son günlər minlərlə miqrant Mərakeşlə sərhəddə yerləşən Seutaya dənizdən üzərək, eləcə də şəhəri ayıran dalğaqıranı piyada yolu ilə keçərək daxil olmağa çalışıb. Miqrantların sayının on minlərlə ola biləcəyi bildirilir.

Hadisələr zamanı ən azı 34 nəfərin şəhərə çatmağa çalışarkən öldüyü qeyd olunur. Böhran fonunda İspaniya hakimiyyəti təhlükəsizliyin təmin olunmasına kömək üçün hərbçiləri də cəlb edib.

İspaniyanın baş naziri Pedro Sançes baş verənləri ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib. Seuta Avropa İttifaqının sərhədində yerləşən və Afrika qitəsində yerləşən nadir Avropa ərazilərindən biri olduğu üçün miqrasiya məsələsində xüsusi strateji əhəmiyyət daşıyır.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью