Tramp: Si Cinpin İranla razılaşmanın əldə olunmasını istəyir

14.05.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton, 14 may, AZƏRTAC

Çin Xalq Respublikasının Sədri Si Cinpin İranla razılaşmanın əldə olunmasını istəyir.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Çində “Fox News”a müsahibəsində deyib.

O bildirib ki, Çin lideri bu məsələdə köməklik təklifini də edib.

Trampın sözlərinə görə, İrandan neft alan ölkə kimi onların hansısa əlaqələri təbii ki, mövcuddur. “O, Hörmüz boğazının açıq olmasını istəyir”,- deyə Tramp söyləyib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью