Tramp Si Cinpin və Putinlə görüşdə Ukraynadakı müharibəni müzakirə edəcəyini bildirib

16.11.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vaşinqton, 16 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə keçiriləcək üçtərəfli görüşdə Ukraynadakı müharibəni müzakirə etməyi planlaşdırdığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Tramp bu barədə bazar ertəsi Asiya səfərinə yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərə bildirib.

“Biz mənim sevimli mövzum olan Ukrayna haqqında danışacağıq. Ukrayna uduzur. Rusiya isə ay ərzində 25 min əsgər itirir. Buna görə də bu məsələni müzakirə edəcəyik”, – deyə Tramp qeyd edib.

Ötən cümə günü Tramp administrasiyasının rəsmiləri üçtərəfli görüşdə əsas diqqətin nüvə tərksilahı və İranla bağlı məsələlərə yönələcəyini, Ukraynadakı müharibənin isə müzakirə olunmayacağını açıqlamışdılar.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью