Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

19.09.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinlə qarşıdakı görüşdə bir sıra razılaşmalar əldə ediləcəyinə ümid etdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında tərəflər arasında bir neçə mühüm görüş keçiriləcəyini və müxtəlif razılaşmalar əldə olunacağını deyib.

Süni intellektin təhlükəsizliyi ilə bağlı müqavilələrin imzalanmasının mümkünlüyü barədə suala cavab verən Tramp Si Cinpinlə münasibətlərinin yaxşı olduğunu bildirib.

ABŞ Prezidenti Çin liderinin gələn həftə ABŞ-yə səfər edəcəyini və görüşün uğurlu keçəcəyini gözlədiyini qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью