Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir

25.09.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə danışıqları çox məhsuldar adlandırıb.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social"da yazıb.

Onun sözlərinə görə, yaxın vaxtlarda möhtəşəm hadisələr gözlənilir.

"Çin sədri Si Cinpinlə həm ABŞ, həm də Çin üçün çox məhsuldar görüş baş tutdu. Möhtəşəm hadisələr baş verəcək. Demək olar ki, hər kəs kimi, o da (Çin sədri), hazırda uğursuz və qeyri-dəqiq şəkildə "Artificial Intelligence" adlandırılan süni intellekti daha dəqiq və vacib terminlə - "superintellekt" adlandırmaq ideyasını dəstəklədi. Bu "SUPER!" olardı. Dünən axşam bununla hamı razılaşdı", - Tramp yazıb.

Xatırladaq ki, Çin sədri Si Cinpin Prezident Donald Trampın dəvəti ilə sentyabrın 23-dən ABŞ-də dövlət səfərində olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью