Tramp Si Cinpinlə danışıqları qiymətləndirir

17.01.2025

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə söhbətini “həm ABŞ, həm də Çin üçün çox yaxşı” adlandırıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə o, Truth Social sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

...Söhbət həm Çin, həm də ABŞ üçün çox yaxşı oldu. Gözləyirəm ki, biz indidən başlayaraq bir çox problemləri birlikdə həll edəcəyik. Biz ticarət balansı, fentanil, TikTok və bir çox başqa mövzuları müzakirə etdik

Bunu Amerika lideri yazıb.

Daha əvvəl CBS News xəbər vermişdi ki, Si Trampın andiçmə mərasimi üçün Vaşinqtona getməyəcək.

Sonuncu ənənəvi diplomatik kanallardan yan keçərək Çin prezidentini bayrama şəxsən dəvət edib.

Deyilənlərə görə, bu, Pekini təəccübləndirib.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью