Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinin sentyabrın 24-də Vaşinqtona rəsmi səfər edəcəyini elan edib.
Teleqraf "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında bildirib.
"Çin sədri sentyabrın 24-də bura gəlir, bu, çox maraqlı və möhtəşəm olacaq. Onu böyük məmnuniyyətlə qəbul edəcəyəm. Müzakirə edəcəyimiz çoxlu yaxşı mövzular var".
Qeyd edək ki, rəsmi Vaşinqton Çin liderinin cavab səfərini uzun müddətdir ki, gözləyirdi. Tramp bu il mayın 14-15-də Pekinə rəsmi səfər etmişdi.