Tramp Si Cinpinlə Ukrayna və İran böhranını KONKRET

04.02.2026

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Xi Jinping ilə telefon danışığı zamanı Ukrayna böhranı və İranla bağlı mövcud vəziyyəti müzakirə etdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Trampın sözlərinə görə, tərəflər, həmçinin ticarət, hərbi məsələlər və ABŞ prezidentinin aprel ayında Çinə planlaşdırılan səfəri barədə fikir mübadiləsi aparıblar.

O, telefon danışığını “çox uğurlu və məhsuldar” adlandırıb:

“Mən indicə Çin Prezidenti Si Cinpinlə möhtəşəm telefon danışığını başa çatdırdım. Bu, uzun və ətraflı söhbət oldu. Biz ticarət, hərbi məsələlər, aprel ayında Çinə səfərim (bunu səbirsizliklə gözləyirəm!), Tayvan, Rusiya ilə Ukrayna arasındakı müharibə, İranla bağlı hazırkı vəziyyət, Çinin ABŞ-dan neft və qaz alışı, əlavə kənd təsərrüfatı məhsullarının, o cümlədən cari mövsümdə soya paxlası alışının 20 milyon tona çatdırılması məsələsi (növbəti mövsümdə isə 25 milyon ton almağı öhdələrinə götürüblər!), aviasiya mühərriklərinin tədarükü və bir çox digər mövzuları müzakirə etdik. Hər şey çox müsbət idi.”

Tramp ABŞ ilə Çin arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb:

“Çinlə münasibətlərimiz və mənim Prezident Si ilə şəxsi münasibətlərim son dərəcə yaxşıdır. Hər ikimiz bu münasibətlərin qorunmasının nə qədər vacib olduğunu anlayırıq. Mən inanıram ki, prezidentliyimin növbəti üç ili ərzində Prezident Si və Çin Xalq Respublikası ilə bağlı çoxlu müsbət nəticələr əldə olunacaq.”

Məlumata görə, danışıq zamanı tərəflər regional və qlobal təhlükəsizlik məsələlərinə, enerji və kənd təsərrüfatı sahəsində əməkdaşlığa, eləcə də iqtisadi əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetiriblər.

Analitiklərin fikrincə, bu telefon danışığı ABŞ–Çin Xalq Respublikası münasibətlərində dialoqun davam etdirilməsi və beynəlxalq problemlərin birgə müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Natiq Səlim,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью