Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-ın Çindəki səfiri Devid Perdu Prezident Donald Trampın Tayvana təxminən 14 milyard dollar dəyərində yeni silah paketinin verilməsini təsdiqləyib-təsdiqləməyəcəyi ilə bağlı açıqlama verməyib.
Turkustan.az xəbər verir ki, o Vaşinqtonun Tayvan məsələsində mövqeyinin dəyişmədiyini bildirib.
Perdu bu barədə “Fox News”a müsahibəsində danışıb.
Səfir Trampın qərarının hələ məlum olmadığını deyib. Onun sözlərinə görə, prezidentin qərar vermək üçün öz qrafiki var. Perdu Trampın Tayvana əvvəlki ABŞ prezidentlərindən daha çox silah satdığını da vurğulayıb.
“Biz yenə də Tayvan boğazında sülh istəyirik. Mübahisələrin dinc yolla həllini istəyirik”, - deyə, diplomat bildirib.
Perdu qeyd edib ki, Tramp və Çin Prezidenti Si Cinpin arasında son görüşlərdən sonra ABŞ-ın Tayvan məsələsində siyasətində dəyişiklik olmayıb.
Aytən Yaşar/ Turkustan.az