Tramp silah ehtiyatlarının azalmasını deyən Hegsetdən narazı qalıb

06.08.2026

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Hegsetin İranla müharibə zamanı Amerikanın silah ehtiyatlarının tükənməsi barədə onu yanlış məlumatlandırdığını düşünür.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Tramp iyulun 31-də Merilend ştatındakı Kemp-Devid iqamətgahında keçirilən Nazirlər Kabinetinin iclası zamanı Hegsetdən ABŞ-ın İranla bağlı hərbi imkanlarını məhdudlaşdıra biləcək kritik silah çatışmazlığı barədə niyə vaxtında məlumatlandırılmadığını soruşub.

Tramp hesab edib ki, döyüş sursatı məsələsi artıq həll olunub. Qəzet qeyd edir ki, uzaqmənzilli raketlərin və hava hücumundan müdafiə sistemləri üçün raketlərin çatışmazlığı ABŞ prezidentinin İrana qarşı əlavə genişmiqyaslı zərbələr endirməkdən imtina etməsinin səbəblərindən biri olub.

Verilən məlumatına görə, İranla müharibənin ilk həftələrində ABŞ 850-dən çox “Tomahawk” qanadlı raketi və mindən artıq THAAD və “Patriot” raket əleyhinə müdafiə raketi istifadə edib. Həmçinin ATACMS raketlərinin ehtiyatlarının hazırda "demək olar ki, tükəndiyi" bildirilir.

ABŞ-ın silah ehtiyatlarının azalması təkcə Yaxın Şərqdə deyil, Ukraynaya da təsir göstərir. Kiyevin hava hücumundan müdafiə vasitələri üzrə ehtiyatlarının azaldığı və Qərb ölkələrinin imkanlarının məhdud olduğu qeyd olunur.

Tramp ilə Hegset arasında baş verən mübahisənin ABŞ prezidentinin Pentaqon rəhbərinə qarşı artan narazılığını göstərir. Mənbələrə görə, Hegset döyüş sursatı çatışmazlığı və Trampın bu barədə tam məlumatlandırılmamasına görə məsuliyyəti öz müavini Stiven Faynberqin üzərinə atıb.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt və Pentaqonun ictimai əlaqələr üzrə nümayəndəsi Şon Parnell isə mənbələrin verdiyi məlumatları yanlış adlandırıblar.

Hegset avqustun 5-də "X" platformasında CNN-in Pentaqonun əsas döyüş sursatı ehtiyatlarının təhlükəli dərəcədə azaldığı barədə məlumatlarını təkzib edib. Daha əvvəl isə ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin prezidentə raket ehtiyatlarının vəziyyətinin Vaşinqtonun Tehranla bağlı əlavə eskalasiya imkanlarını məhdudlaşdırdığını bildirdiyi açıqlanmışdı.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью