Tramp silahı yerə qoymağa ÇAĞIRDI: Əks halda öləcəksiniz

06.03.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp İranın İslam İnqilabı Keşikçiləri Korpusuna, ordusuna və polisinə müraciət edib. 

O, ABŞ və İsrailə qarşı vuruşmamağa, silahı təhvil verməyə çağırıb. 

"Cebheinfo.az" xəbər verir ki,  Tramp müraciətində  “Ölkənizi rejimdən geri alın” ,- deyə bildirib.

Prezident Tramp hərbi və təhlükəsizlik qüvvələrinə   bildirib ki, əks halda onları “zəmanətli ölüm” gözlətir. “Mən bunu istəmirəm. Onlar da bunu istəmirlər", — deyə əlavə edib.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan etibarən İran ərazisinə hücum edir, bu da dağıntılara və insanların ölümünə səbəb olub. Cavab olaraq İran İsrailə və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirir. 

İsrail və ABŞ-ın hücumları nəticəsində İranın ali lideri ayatolla Seyid Əli Xameneyi və ölkənin digər yüksək vəzifəli şəxsləri öldürülüb. 2 martda isə İsrailə qarşı müharibəyə “Hizbullah” hərəkatı da qoşulub. İsrail isə Hərəkat əleyhinə hücum əməliyyatına başlayıb və Cənubi Livana daxil olub. 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью