Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Minnesota ştatında yaşayan Somalili mühacirləri hədəf alıb.
Bakıvaxtı.az xəbər verir ki, dövlət başçısı onları ölkədən qovulmalı hesab edib.
Tramp Somali əsilli Konqres üzvü İlhan Öməri tənqid edərək, onun vətəndaşlığa layiq olmadığını bildirib.
Ömər Trampın ritorikasına qarşı çıxaraq Somalili amerikalıların ölkədə qalacağını vurğulayıb.
Prezident həmçinin Minnesota ştatındakı müvəqqəti qorunan status proqramının dayandırıldığını açıqlayıb.
Əli Hüseynov