Tramp son 100 ilin ən böyük ticarət müharibəsinə başladı Uduzan kim olacaq? | Icma.az
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq. Donald Tramp Şimali Amerikada azad ticarət zonasını dağıtdı, halbuki o, bunu ilk prezident
O, yalnız Kanada və Meksikadan deyil, ABŞ-ın bütün ticarət tərəfdaşlarından idxala rüsumlar tətbiq edir və yeni tariflər hazırlayır.
Artıq elan olunmuş tariflər ABŞ-ın idxal rüsumlarını 1940-cı illər səviyyəsinə qaldırıb.
Bu qədər genişmiqyaslı rüsum artımı sonuncu dəfə 1930-cu ildə, ABŞ iqtisadiyyatı Böyük Depressiyaya düşərkən onu xarici rəqabətdən qorumaq üçün tətbiq edilmişdi.
Qaynarinfo xəbər verir ki, bu barədə "Moscowtimes”ın analitik yazısında deyilir.
ABŞ iqtisadiyyatı digər ölkələrin iqtisadiyyatlarından xeyli böyükdür, buna görə də ticarət müharibəsindən ən çox onların zərər çəkəcəyi gözlənilir.
Lakin sürətli böyümə göstərən ABŞ iqtisadiyyatı da ən azından ticarət tərəfdaşlarında yaranacaq tənəzzül səbəbindən zərər görəcək – onlar ABŞ-dan daha az məhsul almağa başlayacaqlar.
Bundan başqa, cavab tədbirləri amerikalı istehsalçılara zərbə vuracaq, Trampın siyasəti ilə bağlı qeyri-müəyyənlik isə şirkətləri kapital qoyuluşlarını təxirə salmağa vadar edir.
Tam oxu
Xəbəri oxu