Tramp son anda İrana hücum əmrini ləğv edibmiş

21.08.2026

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın münaqişənin diplomatik yolla həllinə meyllənməsi səbəbindən Vaşinqton İrana növbəti gecə zərbələrini endirməkdən imtina edib.

Hurriyyet.info  xəbər verir ki, bu barədə “Axios” nəşri etibarlı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin iddiasına görə, gecə hücumuna cəmi bir neçə saat qalmış Oman nümayəndə heyətinin Tehranla aparılan danışıqlarda irəliləyiş əldə etdiyi bəlli olub.

Qeyd olunur ki, hər gün İrana qarşı yeni zərbə əmrini şəxsən verən Tramp bu dəfə hərbçilərə əməliyyatların genişləndirilməsi üçün hazırlıq təlimatı verməyib. Bununla belə, mənbə ABŞ-nin hərbi fəallığının hər an bərpa oluna biləcəyini vurğulayıb.

Xatırladaq ki, bir qədər əvvəl Tramp Vaşinqtonun Tehrandan istədiyini 100% almayacağı təqdirdə genişmiqyaslı hərbi əməliyyatların bərpa olunacağını bildirmişdi. Lakin o, konkret hansı tələblərin irəli sürüldüyünü açıqlamamışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью