Tramp Şon Karranı Məxfi Xidmətin direktoru təyin edib AZƏRTAC

23.01.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Vaşinqton, 23 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Məxfi Xidmətə direktor təyin edib.

AZƏRTAC-ın məlumatına görə, o, bu vəzifəyə şəxsi mühafizəsinin rəhbəri Şon Karranı gətirib.

Ötən il iyulun 13-də Pensilvaniyanın Batler şəhərində baş vermiş sui-qəsd cəhdi zamanı Trampı qorumaq üçün səhnəyə qaçan agentlərdən biri olan Karranın artıq bu vəzifəyə seçiləcəyi gözlənilirdi.

Sui-qəsd cəhdi ilə əlaqədar Məxfi Xidmətin direktoru Komberli Çitl istefa verdikdən sonra bu vəzifəni Ronald Rou icra edirdi.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью