Tramp: “Son qərar üçün toplanırıq”

29.05.2026

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının dərhal açılmalı olduğunu bildirib.

O qeyd edib ki, boğazda hər iki istiqamətdə rüsum olmadan və məhdudiyyətsiz dəniz hərəkətinə icazə verilməlidir.

Sherg.az xəbər verir ki, Tramp həmçinin İranın heç vaxt nüvə silahına və ya bomba əldə etməməli olduğunu qəbul etməsinin vacibliyini vurğulayıb.

“Dəniz qüvvələrimizin misilsiz və qeyri-adi blokadası səbəbindən boğazda qalan gəmilər artıq evə qayıtma prosesinə başlaya bilər”, -deyə o bildirib.

ABŞ prezidenti əlavə edib ki, “yekun qərar vermək üçün vəziyyət otağına keçirik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью