Tramp: Şort geyinib, futbol oynaya bilərəm

23.08.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

ABŞ prezidenti Donald Tramp klublararası dünya çempionatındakı çıxışı ilə bağlı zarafat edib.

QOL.az xəbər verir ki, o, meydana çıxıb, futbol oynaya biləcəyini deyib:

"Mən futbol oynaya bilirəm. Bu futbolçuların qazandığı pulları görürəm... Bəlkə oynamağa çalışım?! Mən çox yaxşı idmançıyam! Mən şort geyinə bilərəm. Çünki şortda əla görünürəm".

Xatırladaq ki, 2025-ci ilin yayında ABŞ-da 32 komandanın iştirakı ilə yeni formatda keçirilən çempionatın qalibi PSJ-ə qalib gələn (3:0) "Çelsi" olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью