Tramp: Soruşmadım, Ərdoğan istədi, mən də etdim

17.05.2025

Icma.az, Olke.az saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı qərarı barədə çox maraqlı açıqlama verib.

Ölkə.az xəbər verir ki, Tramp Suriyaya qarşı sanksiyaların ləğvinin səbəbi ilə açıqlama verəkən deyib: “Səudiyyə Ərəbistanında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın tələbi ilə Suriyaya qarşı sanksiyaları qaldırdım”.

İsraillilərin etirazlarına gəldikdə Tramp belə cavab verib: “Mən onlardan (İsraildən) bunu soruşmadım, bunun düzgün olduğunu düşündüm”. 

Tramp Suriyaya qarşı sanksiyaların ləğvi qərarının müsbət qarşılandığını qeyd edərək, Suriyada uzun müddətdir davam edən xaosun yenidən yaşanmasını istəmədiklərini bildirib. 

Sanksiyaların Suriya üçün incidici və amansız olduğunu vurğulayan Tramp söyləyib ki, sanksiyalar davam etdikcə Suriyanın uğur qazanmaq şansı azdır. “Bu, bir fürsətdir”, -o bildirib.

Mürtəza
Ölkə.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью