Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehranın Hörmüz boğazına nəzarət etdiyini iddia etməsinə baxmayaraq, ABŞ Hərbi Dəniz Qüvvələri hər gecə orta hesabla 30 tankeri boğazdan keçirir. Ağ Ev rəhbəri qeyd edib ki, “Buna görə də neft qiymətlərində gözlədiyiniz qədər artım müşahidə etmirsiniz”.
Məlumatı “Euronews” verib.
Prezident İranla müharibənin ABŞ-da sursat çatışmazlığına səbəb olduğu barədə məlumatları da təkzib edərək, müharibənin ABŞ üçün “nisbətən kiçik” olduğunu və ABŞ-ın “məhdudiyyətsiz” orta mənzilli raketlərə və digər güclü silahlara sahib olduğunu söyləyib.
Donald Tramp “İranın hərbi cəhətdən məğlub olduğunu” vurğulayıb və İslam dövlətinə qarşı nüvə zərbəsi endirilməsini tamamilə istisna edib: “Mən heç vaxt belə şeyləri müzakirə etmirəm, indiki halda da bunu istisna edirəm. Buna ehtiyac yoxdur. Onlar hərbi cəhətdən tamamilə məğlub olublar və siz soruşursunuz ki, mən onlara atom bombası atacağammı? Bu, nə axmaq sualdır”.
P.ƏMİRCANOV
XQ