Tramp sosial media fenomenini FTB nin direktor müavini təyin etdi

24.02.2025

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.


ABŞ-nin keçmiş Gizli Xidmət agenti və mühafizəkar media siması Dan Boncino Federal Təhqiqat Bürosunun (FBI) direktor müavini təyin edilib.

Sfera.az bildirir ki, bu təyinat ABŞ Prezidenti Donald Tramp tərəfindən ötən gün  "Truth Social" platformasında elan edilib. Boncino yeni təyin olunmuş FBI direktoru Kaş Patelə tabe olacaq.

Boncino karyerasına 1995-1999-cu illərdə Nyu-York Polis Departamentində (NYPD) başlayıb, daha sonra ABŞ Gizli Xidmətinə qoşulub. O, Prezident Corc Buş və Barak Obamanın mühafizə xidmətində çalışıb. Daha sonra media sahəsinə keçərək mühafizəkar baxışları ilə tanınan şərhçi kimi məşhurlaşıb.

İnci

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью