Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti 80 yaşlı Donald Tramp özünə məxsus olan "Truth Social" sosial media platformasında cəmi bir saat ərzində 32 paylaşım edib.
"Cebheinfo.az" xəbər verir ki, paylaşımlar arasında ən çox müzakirə olunan isə Trampın "Rok-n-roll kralı" kimi tanınan müğənni Elvis Preslinin daş-qaşlarla bəzədilmiş səhnə kostyumunu xatırladan geyimdə təsvir olunduğu süni intellekt vasitəsilə hazırlanmış görüntü olub.
Tramp uzun illərdir özünü Elvis Presliyə bənzətdiyini bildirir. O, seçki kampaniyalarında Preslinin mahnılarından istifadə edib.
Hətta əvvəlki prezidentlik dövründə, 1977-ci ildə vəfat edən Elvis Preslini prezidentin “Azadlıq medalı” ilə təltif etmişdi.Prezidentin paylaşım silsiləsində Qrenlandiya və Venesuelanı ABŞ ərazisi kimi göstərən süni intellekt görüntüləri, gənclik illərinə aid kollajlar, özünü ABŞ-nin İstiqlal müharibəsində general kimi təsvir edən illüstrasiyalar, yadplanetli ilə birlikdə gəzərkən əks olunduğu şəkillər, eləcə də "Trump 2028" yazılı plakat da yer alıb.Bununla Tramp növbəti prezident seçkilərində də namizəd olmaq niyyətini bir daha nümayiş etdirib.
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin