Tramp: “Sövdələşmə üçün şans var”

01.12.2025

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, Amerika lideri Donald Tramp Florida ştatından Vaşinqtona uçan təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən belə deyib.
Şükranlıq günü münasibətilə həftəsonunu keçirdiyi məkanda Ağ Evin rəhbəri ABŞ-nin Dövlət katibi Marko Rubio və özünün xüsusi nümayəndəsi Stiven Uitkoff ilə telefonla danışdığını və onların işlərini “yaxşı” adlandırdığını bildirib.
“Ukrayna ilə yeni nizamlanma planı üzrə danışıqlar uğurla gedir. Razılaşmaya nail olmaq üçün yaxşı şans var. Amerika və Ukrayna nümayəndə heyətləri Floridada keçirilən danışıqlarda razılığa gəliblər”, - ABŞ prezidenti vurğulayıb.
Rubio: "Görüləcək çox iş var" Donald Tramp, eyni zamanda, Ukraynada korrupsiya ilə bağlı vəziyyətin problem olduğunu və bunun sülh yolu ilə nizamlanmaya kömək etmədiyini söyləyib.
Amerika lideri həmçinin deyib ki, o, Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı Moskvaya hər hansı müddət təyin etməyə cəhd göstərmir. Tramp Uitkoffun Rusiya lideri ilə “nə vaxtsa bu həftə” görüşməyi planlaşdırdığını təsdiqləyib.
Xatırladaq ki, bundan əvəvl ABŞ Dövlət katibi Marko Rubio Floridada Ukrayna nümayəndə heyəti ilə görüşün yekununda mediaya açıqlamasında müzakirələrin məhsuldar keçdiyini desə də, hələ görüləcək çox işin olduğunu diqqətə çatdırıb.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью