Tramp Starmeri tənqid etdi

01.04.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlarda iştirak etmədiyinə görə bir daha Böyük Britaniyanı tənqid edib.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə “The Telegraph” qəzetinə müsahibəsində danışıb.

ABŞ lideri Böyük Britaniyanın Baş naziri Kir Starmerdən şikayətlənib.

“Sizin (Britaniyanın) heç donanmanız belə yoxdur. Sizinki çox köhnədir və təyyarədaşıyan gəmiləriniz isə işləmədi. Starmerə nə edəcəyini deməyəcəm. Nə istəyirsə edə bilər. Mənim üçün fərqi yoxdur. Onun istədiyi ancaq bahalı külək dəyirmanlarıdır. Hansılar ki, sizin enerji qiymətlərinizi tavana yüksəldir”, - Tramp bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью