Tramp “Starship” sınaqlarının buraxılışında iştirak etməyi planlaşdırır

19.11.2024

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ni yeni seçilmiş prezidenti Donald Tramp amerikalı sahibkar İlon Maskın əsasını qoyduğu “SpaceX” şirkətinin “Starship” prototipinin sınaq buraxılışında iştirak etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

“Starship”in altıncı sınaq buraxılışının yerli vaxtla saat 16:00-da Texas ştatının Boka Çika kosmodromundan baş tutması planlaşdırılır.

Agentlik qeyd edir ki, Trampın bu mərasimində iştirakı Maskın yeni prezidentin siyasətində getdikcə daha mühüm rol oynadığını göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью