Tramp Stefanikə ABŞın BMTdəki daimi nümayəndəsi vəzifəsini təklif edib AzPolitika onlayn siyasiictimai qəzet

11.11.2024

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ Nümayəndələr Palatasının üzvü Eliz Stefaniki administrasiyası dövründə Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi vəzifəsini tutmağa dəvət edib.

APA xəbər verir ki, bu barədə CNN telekanalı xəbər verib.

Telekanal qeyd edir ki, 40 yaşlı Stefanik Konqresin aşağı palatasındakı ən yüksək vəzifəli respublikaçı nümayəndələrdən biri olmaqla yanaşı, həm də Trampın etibarlı müttəfiqidir. O, Harvard Universitetini bitirib.

Qeyd edək ki, 25 fevral 2021-ci il tarixindən etibarən Linda Tomas-Qrinfild ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью