Tramp strateji vəzifəyə elə birini gətirdi ki… “Onu qınamaq olmaz” | Icma.az
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır. ABŞ Prezidenti Donald Trampın ən strateji postlardan biri olan maliyyə naziri vəzifə
Məlumata görə, Bessent öz həmcinsi – Nyu Yorkun keçmiş prokuroru Con Frimen ilə rəsmi olaraq evlidir. Hətta onlar iki övlad böyüdürlər.
ABŞ-da LGBT+ mövzularına münasibətdə radikal mövqeyi ilə tanınan, homoseksualizmə qarşı olduğunu deyən Trampın belə bir strateji vəzifəyə Bessenti gətirməsi birmənalı qarşılanmayıb.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, PR kampaniyaları siyasətçilər və dünya liderləri üçün nəinki məqbul, hətta vacib nüans hesab olunur: “Bu, Tramp üçün də keçərlidir.
Yəni onu qınamaq lazım deyil, adıçəkilən şəxslər öz sahələrinin peşəkarı ola bilərlər. Böyük ehtimal Tramp da məhz buna üstünlük verib.
ABŞ-ın yeni prezidentinin səlahiyyət müddətində eynicinsli nikaha qarşı mübarizəni gücləndirməsi mümkündür.
Digər vədlərin yerinə yetirilməsi məsələsini isə indidən proqnozlaşdırmaq çətindir.
Lakin Tramp xüsusilə müharibələrin bitməsi üçün çalışacaq. Bacarıb-bacarmayacağını dəqiq bilmirəm, ancaq cəhd edəcək.
Tam oxu
Xəbəri oxu