Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.
AzVision.az xəbər verir ki, ABŞ mprezidenti Donald Tramp belə deiyb.
“Əlahəzrət Sudandakı vəziyyətlə bağlı sərt addım atmağımı istərdi. Mənim oraq qarışmaq mənim niyyətim yox idi: mən bunun nəzarətdən çıxmış bir növ dəlilik olduğunu düşünürdüm. Amma bunun sizin üçün nə qədər vacib olduğunu görürəm. Buna görə də, biz Sudanla məşğul olacağıq”, - vəliəhd şahzadəyə müraciət edən Tramp bildirib.
Məhəmməd bin Salman Əl Səudun şəxsən ona Sudanda baş verənlərin mahiyyətini ətraflı izah etdiyini vurğulayan Amerika lideri bu söhbətin ona həmin ölkədə baş verən hadisələrin miqyasını anlamağa imkan verdiyini söyləyib.
Ağ Evin rəhbəri, həmçinin ABŞ-nin Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və digər Yaxın Şərq ölkələri ilə əməkdaşlıq çərçivəsində Sudandakı münaqişəni dayandırmağa çalışacağını deyib.
Xatırladaq ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində Suveren Şuranın sədri və ordu komandanı Əbdülfəttah əl-Burhan ilə Çevik Reaksiya qüvvələrinin (ÇRQ) hərəkatının rəhbəri Məhəmməd Həmdan Daqalo arasında yaranan fikir ayrılıqları səbəbindən gərginləşib. Paytaxt Xartumda başlayan qarşıdurmalar sürətlə ölkənin digər bölgələrinə də yayılıb.
- Qarşıdurma nəticəsində ən azı 40 min insan həlak olub, təxminən 12 milyon sudanlı evlərini tərk etmək məcburiyyətində qalıb, onların çoxu aclıq həddinə çatıb. Hazırda ən çətin vəziyyət əsasən ÇRQ-nin nəzarətində olan Darfur və Kordofan bölgələrində müşahidə olunur”, - ekspertlərin hesabatlarında deyilir.
Oktyabrın sonunda ÇRQ təxminən bir il yarım mühasirədə olan El-Faşer şəhərini ələ keçirib. Beynəlxalq humanitar və insan haqları təşkilatlarının məlumatına görə, hücum dinc əhalinin kütləvi şəkildə öldürülməsi, o cümlədən etnik zəmində, işgəncə, zorakılıq və digər cinayətlərlə müşayiət olunub. Miqrasiya üzrə beynəlxalq təşkilatlar həmin vaxtdan bəri 80 mindən çox insanın şəhəri tərk etdiklərini bildirirlər.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. “Əlahəzrət Sudandakı vəziyyətlə bağlı sərt addım atmağımı istərdi. Mənim oraq qarışmaq mənim niyyətim yox idi: mən bunun nəzarətdən çıxmış bir növ dəlilik olduğunu düşünürdüm. Amma bunun sizin üçün nə qədər vacib olduğunu görürəm. Buna görə də, biz Sudanla məşğul olacağıq”, - vəliəhd şahzadəyə müraciət edən Tramp bildirib.