Tramp Sülh Şurası nın fayda verəcəyini vəd edib

22.01.2026

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində “Sülh Şurası”nın nizamnaməsinin imzalanma mərasiminin sonunda bildirib ki, onun təşəbbüsü ilə yaradılan bu təşkilat faydasız olmayacaq və fəaliyyətinin praktik yönümlü olacağını vurğulayıb.

Xalqcebhesi.az xəbər verir ki, onun sözlərini "RİA Novosti" yayıb.

“Bu, vaxt itkisi olmayacaq. Biz çox vaxt heç vaxt baş verməyən şeylərə vaxt sərf etmişik. Burada isə hər şey baş verəcək — artıq baş verir”, — deyə o bildirib.

Amerika liderinin sözlərinə görə, artıq bir çox ölkə təşkilata qoşulub və “Sülh Şurası”na maraq artmaqda davam edir. Mərasim zamanı Tramp qeyd edib ki, onun təsis etdiyi təşkilat tarixin ən vacib qurumlarından birinə çevrilə bilər.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью